Londonla Bakı arasında yeni razılaşma: Azərbaycanın qazancı nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Londonla Bakı arasında yeni razılaşma: Azərbaycanın qazancı nə olacaq?

İqtisadiyyat

14 Noyabr 2026 15:34 51


Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanla Böyük Britaniya arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ölkəmiz üçün əhəmiyyətini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. Onlayn mağaza

V.Bayramovun sözlərinə görə, Azərbaycanla Böyük Britaniya arasında dərinləşən münasibətlər iqtisadi və ticarət əlaqələrində də özünü göstərir. Belə ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 67 faiz artaraq 1 milyard 140 milyon dollara çatıb. Son beş ildə isə bu göstərici 3,4 dəfə yüksəlib. Deputat qeyd edib ki, bu ilin ilk yarısında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 6 dəfə artaraq 3,6 milyard dollar təşkil edib, həmin dövrdə Azərbaycanın bu ölkəyə ixracı isə 24 dəfə artıb.

Deputat vurğulayıb ki, tərəflər investisiya sahəsində də geniş əməkdaşlığa malikdirlər. Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 milyard dolları ötüb. Bu göstərici Böyük Britaniyanı Azərbaycanın ən böyük xarici investor tərəfdaşına çevirib.

V.Bayramovun fikrincə, Birgə Bəyannamə üç əsas istiqamət üzrə əməkdaşlığın daha da gücləndirilməsinə şərait yaradacaq. Bunlara müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiya sahələri daxildir.

O əlavə edib ki, əməkdaşlığın enerji sektorundan kənar sahələri də əhatə etməsi, xüsusilə süni intellekt və rəqəmsal həllər istiqamətində inkişaf etdirilməsi Azərbaycan üçün yeni investisiya və iqtisadi imkanlar yaradacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!