Qəzaya düşən deputatın   SON VƏZİYYƏTİ AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Qəzaya düşən deputatın SON VƏZİYYƏTİ AÇIQLANDI

Hadisə

14 Noyabr 2026 14:47 68


Gecə saatlarında Naxçıvan-Ordubad magistralında baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasından APA-ya məlumat verilib.

Bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov Reanimasiya şöbəsinə yerləşdirilib. Naxçıvan MR Ali Məclisinin 1990-cı il təvəllüdlü deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə Neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir. Elektronika məhsulları

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev vəfat edib.Qəzaya düşənlərin hər üçü qazidir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!