Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb.
Bu barədə "Yeni Sabah Ermənistan KİV-ə istinadən məlumat verir.
Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqlarına əsaslanır. Bakıda online alış-veriş
"Biz xalqımızın taleyini dəyişdirməliyik. Bunun üçün qəzəbi, düşmənliyi, ümidsizliyi və məyusluğu dəf etməli, başqalarına arxalanmağı dayandırmalı və özümüzə güvənməyə başlamalıyıq", - deyə Paşinyan qeyd edib.
O əlavə edib ki, məhz Ermənistan Respublikası öz vətəndaşlarının milli maraqlarını qorumağa tam sadiq olan subyektdir.
Telegram kanalımız