Həbsdə olan Bəxtiyar Dali ilə bağlı   SON DƏQİQƏ MƏLUMATI

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan Bəxtiyar Dali ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

Kriminal

14 Noyabr 2026 14:19 319


Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb.

"Yeni Sabah" "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yekun qərar qəbul edilib.

Qərara əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb və onun ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib. Sərfəli qiymətə məhsullar

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Bəxtiyar Dali barəsində ilk olaraq 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi, daha sonra prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin 2 ay müddətinə uzadılmasına qərar verilib.

Qeyd edək ki, Bəxtiyar Dali özünə məxsus bağda bir nəfər müğənni olduğu deyilən qızı zorlamağa cəhd etməkdə ittiham olunur.

Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!