Ölkəyə SOYUQ HAVA DALĞASI GƏLİR:   Temperatur 10 dərəcə düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə SOYUQ HAVA DALĞASI GƏLİR: Temperatur 10 dərəcə düşəcək

Sosial

13 Noyabr 2026 14:53 96


Bir neçə günlük mülayim hava şəraitindən sonra noyabrın 15-dən etibarən Azərbaycanda hava kəskin dəyişəcək. Temperaturun 5-10 dərəcə aşağı düşəcəyi, bəzi ərazilərdə intensiv yağış, dolu və qar yağacağı gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağıntı yağacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Sərfəli qiymətə məhsullar

Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Noyabrın 15-i axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarında başlayacaq yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

Qeyri-sabit hava şəraiti çaylarda sululuğun artmasına da səbəb ola bilər. Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi istisna edilmir.

Qeyd edək ki, qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!