Qaradağ rayonunda evlərdən birindən 7 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, polisə rayon ərazisində yerləşən evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F. Fərəcov müəyyən edilərək saxlanılıb. Onlayn mağaza
Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı üzə çıxıb.
Faktlarla bağlı araşdırma aparılır.
Aytac Əliyeva
Telegram kanalımız