18 mindən çox şagird azaldı – Təhsildə diqqətçəkən mənzərə

saytların hazırlanması

Evə çatdırılma

18 mindən çox şagird azaldı – Təhsildə diqqətçəkən mənzərə

Sosial

19 Noyabr 2026 09:23 51


Azərbaycanda ümumi təhsil müəssisələrində təhsil alanların sayı əvvəlki tədris ili ilə müqayisədə azalıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025/2026-cı tədris ilində şəhər məktəblərində 1 milyon 96,8 min, kənd məktəblərində isə 577,9 min şagird təhsil alıb.

2024/2025-ci tədris ilində isə şəhər yerlərində şagirdlərin sayı 1 milyon 98,4 min, kənd yerlərində 596,7 min nəfər olub. Online shopping Azərbaycan

Beləliklə, bir il ərzində şəhər məktəblərində şagirdlərin sayı 1,6 min, kənd məktəblərində isə 18,8 min nəfər azalıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!