"Real Madrid" klubunun sabiq yarımmüdafiəçisi Toni Kros "Qalatasaray"ın ev oyunlarını keçirdiyi “Rams Park” stadionundakı ab-havadan söz açıb.
“Yeni Sabah” xəbər verir ki, sözügedən arenanın həqiqətən də qulaqbatırıcı dərəcədə səs-küylü olduğunu vurğulayaraq, bu barədə deyilənlərin reallığa əsaslandığını bildirib.
Təcrübəli oyunçu stadiondakı gərginliyi belə təsvir edib: "Amma orada həqiqətən inanılmaz təzyiq var. Məsələ təkcə səs-küydə deyil, sanki qulaqlarında fiziki təzyiq hiss edirsən. Bu, həqiqətən də çox xüsusi təcrübə idi. Bəli, atmosfer inanılmaz dərəcədə möhtəşəm idi. İnsan üzərində böyük təəssürat yaradırdı." Onlayn mağaza
Nazim Hacıyev
Telegram kanalımız