Azərbaycanda 2025-ci ildə orta ixtisas təhsili müəssisələrinə qəbul olunan qadınların sayı kişilərdən xeyli çox olub.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il kolleclərə ümumilikdə 24,7 min nəfər qəbul edilib.
Onların 15,8 minini qadınlar, 8,9 minini isə kişilər təşkil edib. Elektronika məhsulları
Həmin il orta ixtisas təhsili müəssisələrini 18,2 min nəfər bitirib. Məzunların 12,3 mini qadın, 5,9 mini kişi olub.
2025/2026-cı tədris ilində kolleclərdə təhsil alan tələbələrin ümumi sayı isə 65,8 min nəfərə çatıb.
Aytac Əliyeva
Telegram kanalımız