190 manatın verilməsi ilə bağlı əhaliyə  ŞAD XƏBƏR
02 İyl 2020 17:55
3629

190 manatın verilməsi ilə bağlı əhaliyə ŞAD XƏBƏR

İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən şəxslər aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub. Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir qərar qəbul edib. Qərarda qeyd edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Bəs, bu ödənişlər nə zaman həyata keçiriləcək?

Yenisabah.az-ın məlumatına görə, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Redaktor.az-a bildirib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək:

"Vətəndaş onlayn qeydiyyatdan keçən zaman hansı rayonu qeyd edibsə və o rayon sərt karantin rejiminin tətbiq olunduğu rayondursa, bu ödənişlər həmin vətəndaşlara şamil olunacaq. Onlar birdəfəlik ödəmə alacaqlar".

Onlayn qeydiyyatın aparıldığı zaman işləyən, amma bu müddət ərzində işini itirən insanların veriləcək birdəfəlik ödəmədən yararlanıb-yararlanmayacağı məsələsinə gəldikdə isə, Əsmər Nəcməddinqızı bildirib ki, hazırki ödəmələr üçün qeydiyyat aparılmır:

"Bildiyiniz kimi ödəmələr üçün yenidən qeydiyyat yoxdur. Qeyd edilən həmin şəxslər digər aktiv məşğulluq tədbirlərindən yararlanmaq üçün müraciət edə bilərlər. İctimai iş, özünüməşğulluq proqramı və s".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər