"ABŞ artıq tankerlərə yüklənmiş Rusiya neftinin satın alınması üçün verilən lisenziyanın qüvvədə olma müddətini 30 gün uzadıb".
"Yeni Sabah" xəbər verir ki bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "X"' sosial şəbəkəsində yazıb.
Qeyd olunur ki, sözügedən icazə sənədinin əvvəlki qüvvədə olma müddəti mayın 16-da başa çatmışdı. pizza hut
"Bu lisenziya xam neftin fiziki bazarını stabilləşdirməyə kömək edəcək və enerji təminatı baxımından ən həssas ölkələrə neft tədarükünü zəmanət altına alacaq", - deyə S.Bessent bildirib.
Telegram kanalımız