DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 49 kiloqramdan artıq narkotik vasitə müsadirə edib.
"Yeni sabah" DİN-ə istinadla xəbər verir ki, növbəti əməliyyat zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadə və 29 yaşlı Ceyhun Sultanovdur.
Onların birindən 34 kiloqram 875 qram, digərindən 14 kiloqram 700 qram narkotik götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız