“Ay başınıza dönüm, bu müxtəlif gürcüləri niyə 2 gündən bir ölkəyə konsert verməyə çağırırlar? Kim bu mədəni istilanı, kim bu təbliğatı qurur?”
“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Murad Arif bildirib.
O, sosial media hesabında paylaşım edərək iyunun 28-də Heydər Əliyev Sarayında Dato Kençiaşvilinin “Voice of History” adlı solo konsert proqramı ilə iştirakına belə münasibət bildirib:
“Sənin sənətçin yoxdursa, niyə yoxdur? Vardırsa, niyə Gürcüstana sırıyan bir təşkilatçı tapılmır? Gürcü xalqı istəmir? İstəmirsə, azərbaycanlılar niyə hər əcnəbini istəyən olur? Bunu bir tənzimləyən proqram, sistem olmalıdır ya yox? Sonra deyirsiniz ki, Çelik hörmətsizlik edir. A, edər də! Sən özünə hörmət qoydun ki? Çelik hərləyən var indi Türkiyədə?”
İfaçının bu paylaşımı sosial mediada birmənalı qarşılanmayıb. İzləyicilərdən biri şərh yazaraq bildirib ki, bu insan 2 günə 4 konsert verdi hamısında zal doldu. Bilmirəm siz tanıyırsınız, ya yox. Amma çox mədəni və istedadlı insandır. Mahnılarına da söz ola bilməz. Məncə, Dato söz deyə biləcəyiniz ən axırıncı insan belə deyil. Həftə 8 mən 9 bura gələn türklərdir.
Bir neçə gün öncə Türkiyəli müğənni Çelik də Bakıda konsert proqramı ilə çıxış etmişdi. Onun konsertdəki davranışı sosial mediada xeyli səs-küy yaratmışdı.
Aydan Hacı
Telegram kanalımız