ABŞ-nin MLS liqasında çıxış edən “Kolumbus Kryu” klubu milli futbolçumuz Nəriman Axundzadəni təbrik edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə komandanın rəsmi “Facebook” səhifəsində paylaşım var.
Nəriman Axundzadə qış transfer pəncərəsində 2.5 milyon avro qarşılığında “Kolumbus Kryu” klubuna keçib. 22 yaşlı forvard yeni klubu ilə 2029-cu ilədək müqavilə imzalayıb.
Transfer MLS-in gənc istedadlar üçün nəzərdə tutulmuş “U22 Initiative” proqramı çərçivəsində reallaşıb.
Nazim Hacıyev
Telegram kanalımız