Aparıcı Xoşqədəm Baxşəliyeva yeni görüntüləri ilə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, o, sosial media hesabında paylaşım edərək mütəmadi olaraq idman etdiyini, qeyri-sağlam üsullarla arıqlamağın əleyhinə olduğunu bildirib.
Aparıcı tennis, kardio məşqləri və boksla məşğul olaraq formada qaldığını açıqlayıb.
X. Baxşəliyeva video yayımlayaraq iki saatdır boksla məşğul olduğunu və yorulmadığını diqqətə çatdırıb.
Onun bu görüntüləri sosial mediada müzakirələrə səbəb olub. Belə ki, həmin paylaşıma “Sənin boksla məşğul olan yaşın deyil, nəvə oynadan vaxtındır”, “İşdən çıxarıldığına görə ARB-yə basqın edəcək”, “Bu nə hoqqadır?” tipli şərhlər yazılıb.
Qeyd edək ki, Azərbaycan televiziyalarında son vaxtlar bayağı verilişlərin artması, etik normaların pozulması ciddi narazılıqlara səbəb olub. Bununla bağlı bir neçə verilişin yayımı dayandırılıb. Həmin siyahıda X.Baxşəliyevanın təqdimatında ARB telekanalından yayımlanan “Səni axtarıram” verilişi də var.
Aparıcı verilişi bağlananadan sonra sosial mediadan aktiv istifadə edir.
Aydan Hacı
Telegram kanalımız