200 nəfərlik toy təşkil edən restoran sahibi 4 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

200 nəfərlik toy təşkil edən restoran sahibi 4 min manat cərimələndi

Sosial

16 İyul 2021 09:47 879


Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndi ərazisində yerləşən “Talaçay” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən “icazə.e-gov.az” portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Anar Qəhrəmanov 4 min manat məbləğində cərimələnib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!