2023-ün dəbi: Necə geyinək? - Modelyer danışır

saytların hazırlanması

Evə çatdırılma

2023-ün dəbi: Necə geyinək? - Modelyer danışır

Sosial

27 Dekabr 2022 17:02 5606


Bir neçə gündən sonra 2022-ci ili geridə qoyacağıq. 

2022-ci ilin dəbi, sevilən rəngləri, geyim üslubları da geridə qalır.

Bəs görəsən, qarşıdan gələn dovşan ili özü ilə hansı dəbi, hansı aksesuarları gündəmə gətirəcək? Geyim trendləri alt-üst olacaq, yoxsa olduğu kimi qalacaq?  pizza sifarişi

Mövzu ilə bağlı Yenisabah.az-a modelyer-dizayner Şəlalə Maqsudova bu ilin dəb yenilikləri barədə danışıb.

Onun sözlərinə görə, 2023-cü ildə daha çox boş model geyimlərə üstünlük veriləcək:

“Artıq 2022-ci ili geridə qoyuruq və 2023-cü ilin qış fəslinə qədəm qoyuruq. Bu isə o deməkdir ki, ilk növbədə nazik parçalar öz yerini qalın, isti parçalara verir. Bu qış daha çox toxunma parçalardan olan geyimlər aktual olacaq. Bununla yanaşı, drap, dəri, parlaq dəri (koja), tvis parçalar daha çox istifadə olunacaq. 2023-də dəbdə olacaq geyim forması boş və gödək olan şalvarlar və ətəklər olacaq. Bundan əlavə yun, toxuma jaketlər (boş ölçüdə) daha çox gündəmdə olacaq. Üst geyimlərində isə kəsik olmayan, iri cibli və böyük yaxalıqlı geyimlər dəbdədir. Bu il dizdən yuxarı, boş ölçülü palto və gödəkçələr xüsusi önəm daşıyır”. 

Modelyer 2023-cü ilin əsas rənglərini də açıqlayıb: 

“Ağ və qara rənglər klassikdir, ona görə də bütün illərdə və fəsillərdə heç vaxt dəbdən düşmür. 2023-cü il qış fəslinin rəngi göy, boz, şabalıdıdır, bu üç rəng ilin favoritidir. Moda aləmində istər geyim formaları, istərsə də rənglər heç vaxt unudulub yoxa çıxmır və zamanla qayıdış edir. Bu il də xanımların qarderobunda şərflər və çantalar əsas aksessuarlar olacaq”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!