282 hüquq pozuntusu aşkarlanıb

282 hüquq pozuntusu aşkarlanıb
İyul 18, 2019
Oxunma sayı: 64

2019-cu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı  282 hüquq pozuntusu aşkar edib.  

Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Yeni Sabah”a daxil olan məlumata görə, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub. 

Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.