3 hərbçinin ölümünə səbəb olan insident araşdırılır

saytların hazırlanması

Evə çatdırılma

3 hərbçinin ölümünə səbəb olan insident araşdırılır

Dünya

16 İyun 2020 16:45 1001


Hindistan ordusu bir zabit və iki əsgərinin Çinlə yaşanan şiddətli qarşıdurma zamanı həyatını itirdiyini açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, açıqlamada qarşıdurmanın dağlıq Ladax bölgəsində yerləşən Galvan Vadisində yaşandığı bildirilib. Həmçinin qeyd edilib ki, münaqişənin gərginləşməməsi üçün hər iki ölkənin rəsmiləri bir araya gələcək. 

Çinin Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə qarşıdurma ilə əlaqədar istintaqın davam etdiyi diqqətə çatdırılıb.  pizza mizza

Qeyd edək ki, Asiyanın iki böyük ölkəsi arasında Himalay boyu uzanan 3 min 500 kilometrlik sərhəd bölgəsi ilə əlaqədar həll olunmamış problem var. Lakin 1962-ci ildəki müharibədən sonra iki ölkə arasında böyük həcmli qarşıdurma yaşanmamışdı.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!