Keçmiş məcburi köçkünlərin   NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məcburi köçkünlərin NƏZƏRİNƏ

Sosial

18 May 2026 22:30 150


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri və Qəbələ rayonunda yerləşən keçmiş məcburi köçkün qəsəbələrində binaların dam örtüklərini təmir etdirəcək.

"Yeni Sabah" Baku.ws-ə istinadən xəbər verir ki, yaşayış binalarında uzun müddət istifadə nəticəsində yararsız vəziyyətə düşmüş dam örtüklərinin və konstruksiyalarının yenilənməsi nəzərdə tutulur.

Layihənin ehtimal olunan dəyəri 1 milyon 400 min manat təşkil edir. Toyuqlu pizza

Məlumata görə, qəsəbələrdə aparılacaq işlər binaların təhlükəsizliyinin artırılması, yağış və qar sularının mənzillərə sızmasının qarşısının alınması, eləcə də məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!