İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı (RƏT) arasında görüş keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, RƏT-in Baş katibi Deemah AlYahya, eləcə də Azərbaycanın startap və İKT ekosistemini təmsil edən 30-a yaxın şirkət nümayəndəsi iştirak edib. Görüşdə rəqəmsal transformasiya, innovasiya ekosistemi, startaplar və texnologiya şirkətlərinin regional və qlobal bazarlara çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edən İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycanın rəqəmsal transformasiya gündəliyi, rəqəmsal hökumət və dövlət xidmətlərinin inkişafı, Texnopark rezidentləri və İKT şirkətləri üçün yaradılan imkanlar barədə məlumat verib. O, həmçinin ölkəmizin süni intellekt üzrə prioritetləri, İKT məhsul və xidmətlərinin ixrac potensialının artırılması, eləcə də innovasiya ekosisteminin gücləndirilməsi ilə bağlı hazırlanan qanunvericilik təkliflərini diqqətə çatdırıb. Pepperoni pizza
RƏT-in Baş katibi Deemah AlYahya isə təşkilatın üzv dövlətlər arasında rəqəmsal əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərdən danışıb. Baş katib özəl sektor və startaplarla əməkdaşlığın genişləndirilməsi, eləcə də texnologiya şirkətlərinin qlobal bazarlara çıxışının təşviqi istiqamətində görülən işləri vurğulayıb.
Görüşün davamında yerli startap və texnopark nümayəndələri üçün məlumat sessiyası təşkil olunub. Şirkətlər öz məhsul və texnoloji həllərini təqdim edərək xarici bazarlara çıxış hədəflərini bölüşüblər. Bu format yerli texnologiya subyektləri ilə RƏT arasında birbaşa təmasların qurulmasına şərait yaradıb.
Telegram kanalımız