"Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk “Aston Villa” ilə qarşılaşma öncəsi həmkarı Unai Emerinin Türkiyə komandalarına qarşı məğlubiyyətsizlik seriyası barədə ünvanlanan sualı cavablandırıb.
“Yeni Sabah” xəbər verir ki, "Emeri Türkiyə klublarına qarşı keçirdiyi oyunlarda məğlub olmayıb, bu amil necə təsir göstərir" sualına təbəssümlə reaksiya verən təcrübəli mütəxəssis məsələyə daha geniş aspektdən yanaşmağın tərəfdarı olduğunu bildirib.
O.Buruk qeyd edib ki, təkcə Türkiyə klublarına qarşı olan göstəricilərə baxmaq lazım deyil. Onun sözlərinə görə, Unai Emerinin ümumilikdə avrokuboklardakı performansına nəzər saldıqda, onun onsuz da çox məğlub olan baş məşqçi olmadığı aydın görünür. Onlayn mağaza
Sözügedən açıqlama İngiltərə mətbuatında geniş əks-səda doğurub.
Nazim Hacıyev
Telegram kanalımız