Aparıcı Aytən Səfərovanın televiziya fəaliyyətinə başlamasından 30 il ötüb.
“Yeni Sabah” xəbər verir ki, aparıcı bu münasibətlə sosial şəbəkə hesabında illər əvvəl çəkilmiş fotosunu paylaşaraq karyerasının ilk günlərini xatırlayıb.
O bildirib ki, 30 il əvvəl ilk dəfə televiziya efirinə çıxacağı gün böyük həyəcan keçirib. Həmin vaxt həm AzTV-də çalışır, həm də “Zerkalo” qəzetində fəaliyyət göstərirmiş. pizza
“İlk dəfə idi ki, bazar günü işə getməli idim. Paralel olaraq o vaxtlar “Zerkalo” qəzetində də çalışırdım. Səhər ilk dəfə efirə çıxmalı idim. “Səhər” musiqili informasiya verilişində 5 dəqiqə “Новости” rus dilində xəbərləri deməli idim.
Bir gün əvvəldən redaktorlardan xəbərləri götürmək lazım idi. Vüqar Mirsadiq və ya Rauf Cabbarovdan. Çox həyəcanlı idim. Axı, ən böyük arzumun bir günlüyündə idim”.
Aparıcı həmin illərə aid fotonun “Səhər” verilişinin birinci ildönümü ilə bağlı keçirilən ziyafətdə çəkildiyini də bildirib.
“Təəssüf ki, “Səhər”in yazısı aparılmırdı, AzTV-də arxivdə yoxdur. O vaxtlar foto və video çəkdirmək imkanları bugünkü qədər yox idi. Yoxsa nə qədər müsahibəni, nə qədər unudulmaz anları, episentrindən xəbər verdiyim hadisə məkanlarını həmişəlik həkk etmək olardı. Amma ilk efirim ömürlük yaddaşıma həkk olundu. O gündən bu günə – düz 30 il.
Düz 30 ilin tamamında. İndi tam əminliklə və qürurla deyə bilərəm ki, həyatımı Azərbaycan mediasına, radio və televiziyasına həsr edən və bu xidmətə sadiq qalan tək-tük aparıcılardanam”.
Telegram kanalımız