Ata xətti ilə Bakının seyyid nəslinə mənsub olan azərbaycanlıda aparılan Y-DNT testi gözlənilməz və maraqlı elmi nəticə ortaya çıxarıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan DNT layihəsinin admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar “Facebook” səhifəsində paylaşım edib.
Tədqiqatçının sözlərinə görə, həmyerlimizin Y-DNT nəticəsi C haploqrupunun F1918 subkladı olaraq müəyyənləşdirilib. Əsasən monqol mənşəli olan bu genetik qol elmi ədəbiyyatda Çingiz xanın, xüsusən də Borçigin (və ya Cuci) nəslinin birbaşa genetik xətti hesab olunur və bu subkladı daşıyanlar birbaşa Çingiz xanın varisləri sayılırlar. ShopByBro
Nəsil şəcərəsinə əsasən, sözügedən şəxsin ulu babaları Cənubi Azərbaycandan — Ərdəbildən köçən seyyid nəslindən olub. Orxan Xansuvar qeyd edib ki, bu subklad artıq Bakının bir neçə kəndində, eləcə də Təbriz və Ərdəbildə qeydə alınıb.
Araşdırma zamanı məlum olub ki, C-F1918 subkladının alt qolu olan FTJ17603 daha əvvəl Maştağa qəsəbəsindəki 2 müxtəlif nəsildə, o cümlədən qəsəbənin Xunxar məhəlləsindən olan başqa bir sakində də aşkarlanıb. Tədqiqatçının qənaətinə görə, əldə edilən genetik göstəricilər Nardaran, Maştağa və Ərdəbildəki seyyid nəsillərinin ata xətti ilə ortaq kökdə birləşdiyini və monqol mənşəli olduğunu təsdiqləyir.
Nazim Hacıyev
Telegram kanalımız