Dövlət 12 min əlili belə sevindirdi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət 12 min əlili belə sevindirdi

Sosial

23 Noyabr 2026 14:46 56


2026-cı ilin yanvar-oktyabr aylarında 12 min əlilliyi olan şəxsə ümumilikdə 693 min reabilitasiya vasitəsi təqdim edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, təqdim olunan vasitələr arasında 4821 təkərli oturacaq (o cümlədən 138 mühərrikli təkərli oturacaq), 1683 aşağı və yuxarı ətraf protezi, 2549 eşitmə aparatı, 3143 əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. ShopByBro

Bundan başqa, əlilliyi olan şəxslərə 2455 cüt protez, 5264 cüt ortopedik ayaqqabı, 257 korset və digər reabilitasiya vasitələri verilib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!