Milyarderlər indeksinə əsasən, Asiyanın ən varlı şəxsi artıq Qautam Adani deyil.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, yenilənmiş reytinqə görə, siyahının lideri “TikTok”un ana şirkəti “ByteDance”in qurucusu Jang Yiming olub. 105,5 milyard dollar sərvətə sahib olan çinli iş adamı 104,8 milyard dollar sərvəti olan hindistanlı maqnat Qautam Adanini geridə qoyaraq birinci pilləyə yüksəlib. İlk üçlüyü isə 81,3 milyard dollarlıq sərvətlə “Reliance Industries”in rəhbəri Mukesh Ambani tamamlayır.
Yaponiyalı iş adamları Tadaşi Yanai (“Fast Retailing”, 63,7 milyard dollar) və Masayoşi Son (“SoftBank Group”, 53,9 milyard dollar), eləcə də çinli milyarderlər Jong Şanşan (“Nongfu Spring”, 59,1 milyard dollar), Zeng Yüçün (“CATL”, 52,2 milyard dollar) və Ma Huateng (“Tencent”, 52,2 milyard dollar) Asiyanın ən varlı şəxsləri sırasında ön yerləri tuturlar. Onların ardınca honkonqlu Li Ka-şing (“CK Hutchison Holdings”, 46,9 milyard dollar) və çinli sənayeçi He Şianjian (“Midea Group”, 45 milyard dollar) gəlir. Onlayn mağaza
Siyahının digər pillələrində polad nəhəngi “ArcelorMittal”ın rəhbəri Lakshmi Mittal (42 milyard dollar), “Alibaba”nın həmtəsisçisi Jack Ma (41,7 milyard dollar) və “NetEase”in qurucusu William Ding (39,7 milyard dollar) yer alıb. Süni intellekt şirkəti “DeepSeek”in qurucusu Liang Wenfeng 37,9 milyard dollar, “China Hongqiao Group”u idarə edən Jang Bo və ailəsi isə 36,9 milyard dollar sərvətlə reytinqə daxil olub. Siyahını vyetnamlı iş adamı Pham Nhat Vuong (“Vingroup”, 33,4 milyard dollar) və hindistanlı sənayeçi-siyasətçi Savitri Jindal (“OP Jindal Group”, 32,6 milyard dollar) yekunlaşdırır.
Telegram kanalımız