İran müqavilədən çıxmayıb - XİN sözçüsü

saytların hazırlanması

Evə çatdırılma

İran müqavilədən çıxmayıb - XİN sözçüsü

Dünya

23 Noyabr 2026 14:15 52


İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) tərəfi olaraq qalır və müqavilədən çıxmaq barədə heç bir qərar yoxdur.

"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai bildirib.

O, İranda mövcud şəraitdə NPT üzvü olaraq qalıb-qalmamaq barədə müzakirələrin aparıldığını etiraf edib. Lakin xatırladıb ki, İran hələ 1974-cü ildə Yaxın Şərqi nüvə silahlarından təmizləmək təşəbbüsü irəli sürüb və 1979-cu il İslam İnqilabından sonra nüvə silahlarının hazırlanmasını və istifadəsini qadağan edən fətva verilib. Bakıda online alış-veriş

XİN sözçüsünün sözlərinə görə, İranın düşmənləri 30 ildir ki, Tehranın nüvə silahı əldə etmək planları ilə bağlı yalanlar yayırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!