“Sabah sökməyə gələcəklər” – “Flora Baku” bağlanır -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Sabah sökməyə gələcəklər” – “Flora Baku” bağlanır - VİDEO

Sosial

23 Noyabr 2026 14:36 165


"Flora Baku" canlı musiqi məkanı bağlanma təhlükəsi ilə üz-üzədir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məkanın sahibi Türkay Bayramlı məlumat yayıb.

O, sosial media hesabında paylaşım edərək bildirib ki, buna səbəb keçən həftə 1 qadının məkanın bağlamanğı istəyidir: Elektronika məhsulları

“Keçən həftə bir qadın yaxınlaşıb dedi ki, buranı yığışdırın, fəaliyyətinizi dayandırın. Biz də soruşduq ki, niyə, nə səbəbə? Demə, qonşumuz bura yeni köçüb. Sonda dedi ki, mən filankəsin bacısıyam. Yəni hansısa icra nümayəndəsinin bacısı imiş. Bizi təhdid edir ki, guya burada narkomaniya ilə məşğuluq, əxlaqsızlıq yayırıq...

Gəlin, göstərim sizə, biz nə ilə məşğuluq: retro konsertləri, Azərbaycan retro musiqiləri, Rəşid Behbudov gecəsi, nostalji musiqi gecəsi. Yəni bizim hansı sahədə fəaliyyət göstərdiyimizi hər kəs bilir. Fəaliyyətimiz təkcə musiqi ilə məhdudlaşmır. Dəfələrlə demişik ki, konsertlərdən əlavə, xeyriyyə tədbirləri də keçiririk. Bunu təmənnasız edirik.

Bu gün öyrəndim ki, sabah icra nümayəndələri obyektimizi sökməyə gələcək. Çünki bacısı qardaşına şikayət edib ki, buranı sökdürsün”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!