Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi ekspozisiya və maddi-texniki bazanın yenilənməsi məqsədilə bir sıra satınalmalar həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, muzey ekspozisiyası üçün XVIII əsr kənd təsərrüfatı məişətini əks etdirən tarixi tematik yük arabası eksponatının hazırlanması xidmətini satın alır. Bu eksponatın hazırlanmasına 3 200 manat vəsait ayrılıb.
Bununla yanaşı, qurum tərəfindən inventarların alınmasına 5 980 manat, maşın və avadanlıqların satın alınmasına isə 4 417 manat xərclənəcək. Ümumilikdə hər üç satınalma üzrə xərclərin həcmi 13 597 manat təşkil edir. Bakıda online alış-veriş
Cəlalə Cəlalqızı
Telegram kanalımız