300 bal yığan 40 abituriyentlə bağlı inanılmaz iddia – Deputat danışdı

saytların hazırlanması

Evə çatdırılma

300 bal yığan 40 abituriyentlə bağlı inanılmaz iddia – Deputat danışdı

Sosial

19 Aprel 2024 17:47 5215


Mart ayında keçirilən buraxılış imtahanlarının yekun nəticələrinə əsasən məlum oldu ki, maksimal nəticə göstərən 53 nəfərdən 40 şagird region məktəblərinin payına düşür. Bu göstəricilərdən sonra bir sıra iddialar səsləndirilməyə başladı. Əsas iddia Bakıda yaşayan şagirdlərin hazırlığa getmək üçün bölgə məktəblərində qeydiyyata düşməsi ilə bağlıdır. Bəs bu fikirlərdə doğruluq payı nə qədərdir?

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Sabah”a açıqlama verib. Qeyd edib ki, bu iddialarla bağlı faiz nisbəti çox aşağıdır:

“Düşünmürəm ki, bu məsələ paytaxtda hazırlaşıb region məktəblərində qeydiyyatda olan şagirdlərlə bilavasitə bağlıdır. Zənnimcə, region məktəblərindən olan abituriyentlərin yüksək nəticə göstərməsində əsas rol oynayan faktor valideynlər və təhsil ocaqlarıdır. Bakıda yaşayanların bölgə məktəblərində ad yazdırması ilə bağlı faiz nisbətinin çox olması ağlabatan deyil. Burada az bir şagirddən söhbət gedə bilər, ancaq böyük bir faiz olduğunu sanmıram”.  pizza hut

Deputat bölgədə yaşayan sakinlərin təhsilə ciddi yanaşdığını qeyd edib: 

“Bölgələrdə valideynlər təhsilə daha çox önəm verirlər. Burada yaşayan adamlar təhsil mövzusunda daha həssas olur. Həmçinin, bir sıra hallarda region məktəblərində təhsilin keyfiyyəti daha yüksəkdir. Sadalanan amillərin sözügedən mövzuya müəyyən təsirləri var”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!