4 tibb müəssisəsində ciddi nöqsanlar - Rəhbərlər işdən   ÇIXARILACAQ?

saytların hazırlanması

Evə çatdırılma

4 tibb müəssisəsində ciddi nöqsanlar - Rəhbərlər işdən ÇIXARILACAQ?

Sosial

04 Noyabr 2026 21:56 38


Gəncədə bir sıra iri tibb müəssisələrində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət departamenti tərəfindən aparılan yoxlamalar təxminən 15 gün davam edib.

Qanun pozuntuları Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanada, həmin xəstəxananın nəzdində fəaliyyət göstərən 2 saylı poliklinikada, həmçinin Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında və Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aşkarlanıb. Sezar pizza

Məlumata görə, sözügedən tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib.

Onlardan bəzilərinin tutduqları vəzifələrdən azad olunacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!