Azərbaycanlı həkim Qırğızıstanda yüksək vəzifəyə təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı həkim Qırğızıstanda yüksək vəzifəyə təyin edildi

Siyasət

04 Noyabr 2026 21:54 43


Azərbaycanlı həkim Elnur İmanov Qırğızıstanda yeni vəzifəyə təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının həkim-kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Qırğız Respublikasının səhiyyə nazirinin ictimai əsaslarla fəaliyyət göstərən müşaviri təyin edilib.

Bununla yanaşı, E.İmanov Oş şəhərində yerləşən tibb universitetində və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda uşaq kardiologiyası üzrə müəllim vəzifəsinə də təyin olunub./Oxu.az pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!