400-dən çox məktəb bağlandı

saytların hazırlanması

Evə çatdırılma

400-dən çox məktəb bağlandı

Dünya

05 Oktyabr 2026 09:01 88


Fransada orta məktəb şagirdlərinin ölkə daxilində həyata keçirdiyi kütləvi etiraz aksiyaları təhsil sistemində ciddi axsamalara səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, TF1 telekanalının yaydığı məlumata görə, şagirdlərin keçirdiyi aksiyalar və tətil dalğası nəticəsində oktyabrın 5-də ölkə üzrə 400-dən çox orta məktəb qapılarını şagirdlərin üzünə bağlamalı olacaq.

Ölkə miqyasında təhsil müəssisələrinin girişlərinin bloklanması və aksiyaların genişlənməsi fonunda polis gücləndirilmiş iş rejimində çalışır. Məktəblərin fəaliyyətinin iflic olması ilə yanaşı, nümayişlər zamanı baş verən qarşıdurmalar səbəbindən artıq minlərlə etirazçı saxlanılıb. Şagird həmkarlar ittifaqları və tələbə təşkilatları tələbləri yerinə yetirilməyənədək aksiyaları davam etdirəcəklərini bəyan ediblər. Sezar pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!