Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimindən yeni görüntülər   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimindən yeni görüntülər - FOTO

Siyasət

19 Noyabr 2026 17:47 44


Ölkəmizdə keçirilən "Eternity-2026" kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrindən ibarət birgə qərargahda bölgədən keçən strateji iqtisadi layihələrin və regional enerji-kommunikasiya xətlərinin mühafizəsi üzrə əməliyyatlar planlaşdırılır. ShopByBro

OrduBakıda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə hərbi təlimi başlayıb - Foto

Müasir kompüter simulyasiya sistemləri vasitəsilə mümkün təhdidlər təhlil olunur, böhran vəziyyətlərində qərarlar qəbul edilir, eləcə də qoşun növləri və aidiyyəti dövlət qurumları arasında qarşılıqlı fəaliyyət təşkil olunur.

Təlim poliqonunda isə iştirakçılar əməliyyat rayonunun təcrid olunması, PUA-larla nəzarət, eləcə də partlayıcı qurğuların və naməlum dronların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri yerinə yetirirlər.

Bundan əlavə, hərbi bazaya basqının dəf edilməsi, dəmir yolu xətlərinin və neft-qaz infrastrukturunun təxribatlardan qorunması, yanğınların söndürülməsi və yaralıların təxliyəsi tapşırıqları uğurla icra olunur.

Qeyd edək ki, təlim iştirakçılar arasında birgə planlaşdırma və idarəetmə vərdişlərini təkmilləşdirmək məqsədi daşıyır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!