41 dərəcə istidə işləmək: Qanun nə deyir?

saytların hazırlanması

Evə çatdırılma

41 dərəcə istidə işləmək: Qanun nə deyir?

Sosial

19 İyul 2022 21:35 1118


“Azərbaycanda Əmək Məcəlləsi 1999-cu ildə qəbul olunub. Məcəllədə kifayət qədər boşluqlar olduğundan onun yenidən işlənib hazırlanmasını təklif edirik”.

Bu sözləri Yenisabah.az-a Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanların əmək hüquqları kifayət qədər qorunmur: Dördpendirli pizza

“Əksər hallarda əməyin istismarı faktları var. Bunun qarşısını almaq üçün işçilər işəgötürənlə əmək müqaviləsi imzalamalıdır. Müqavilədə işçinin nə qədər iş görməli, neçə saat işləməli olduğu qeyd olunur. Buna görə də, işçidən heç kəs artıq iş görməyi tələb edə bilməz”.

S. Məmmədov yay fəsli ilə əlaqədar yüksək temperatur dərəcəsində qızmar günün altında işləyən işçilərin əmək hüquqlarından da danışıb:

“Əmək Məcəlləsinə görə, temperatur 41 dərəcəyə çatdıqda iş prosesi avtomatik dayandırılmalıdır. İş prosesi açıq hava şəraitində olarsa, bu zaman işə götürən işçinin qayğısına qalmalıdır. İşçiyə qızmar Günəş şüalarından qorunma vasitəsilə paylanmaldır. Belə işçilərlə əmək münasibətləri əlavə olaraq xüsusi vasitələrlə -yay çətiri istifadələri üçün tez-tez içməli sularla təmin edilməsi mütləqdir”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!