Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırdı

Dünya

19 May 2026 23:37 66


Azərbaycanın İraqdakı səfirliyi və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşkilatçılığı ilə İraqın Kərkük vilayətində Qurban bayramı münasibətilə 150 ailəyə bayram sovqatı olaraq qida bağlamaları çatdırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Müqəddəs Qurban bayramı münasibətilə 17 mayda Kərkükdə humanitar yardım aksiyası baş tutub. Azərbaycanın İraqdakı Səfirliyi və AIDA-nın birgə təşkilatçılığı ilə 150 ailəyə bayram sovqatı olaraq qida bağlamaları çatdırılıb", - paylaşımda bildirilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!