Milli Məclisdə büdcə qanunu layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aran əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə çağırış edib. Deputat televiziya vasitəsilə sosial məsələlərlə bağlı maarifləndirici tədbirlərin artırılmasının vacibliyini vurğulayıb.
"Yeni Sabah" xəbər verir ki, o, təqdim olunan sənədə irad bildirib:
“Rəqəmləri hardasa biz başa düşə bilərik. Bu sənəd 2 min səhifədən çoxdur, yazıb bizə vermisiz. Özümüz bunu tam mənada oxuyub dərk eləməyə çətinlik çəkirik. Bunu işçiləriniz vasitəsilə insanlara izah edin”.
Deputat cəmiyyətdə yanlış fikirlərin formalaşmaması üçün məlumatlandırmanın gücləndirilməsinin vacibliyini qeyd edib:
“Camaat deyir ki, 5 manat pensiya artır, filan məhsul qalxıb olub 15 manat. Artırılmamış elə 5 manata alırdım da. Belə sözlərin yayılmamasına şərait yaratmaq olmaz. Xalqla mütləq şəkildə o məsələlər çatdırılmalıdır ki, əsəbiləşməsinlər. Gördüyünüz işi edib çölə atmağa ehtiyac yoxdur”.
Telegram kanalımız