56 yaşlı kişi intihar etdi
15 Apr 2020 23:15
188

56 yaşlı kişi intihar etdi

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Abdullayev Murtuzəli Ağadadaş oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, mərhumun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. /Report

Oxşar xəbərlər