62 nəfər toya buraxılmadı: 1 nəfərin işi məhkəməyə göndərildi

saytların hazırlanması

Evə çatdırılma

62 nəfər toya buraxılmadı: 1 nəfərin işi məhkəməyə göndərildi

Sosial

04 Noyabr 2021 11:05 692


Noyabrın 2-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 73 toy şənliyinin monitorinqini həyata keçirib. 

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 19 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 21 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 62 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!