81 yaşda evlənmə normalıdır? - “Bayquş kimi tək qalmaq istəyirsə...”

saytların hazırlanması

Evə çatdırılma

81 yaşda evlənmə normalıdır? - “Bayquş kimi tək qalmaq istəyirsə...”

Sosial

28 Avqust 2026 16:06 394


81 yaşlı Xalq artisti Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması onun şəxsi həyatını ictimai müzakirələrin mərkəzinə qoyub.

“Elə insanlar var ki, hansı yaşda olmasından asılı olmayaraq, tək qalmaq istəmir. Bu, çox normal haldır, patoloji bir şey deyil. Heç yaş məsələsi də rol oynamır. Bir dəfə evlənib boşanıb və ömrünün sonuna qədər də yalqız yaşayan şəxslər də var. Bu da onların şəxsi seçimidir”.

Bunu “Yeni Sabah”a psixiatr Azad İsazadə deyib. Dördpendirli pizza

Onun sözlərinə görə, belə insanlar övladları ilə də birlikdə qala bilmirlər:

“Söhbət təkcə həyat yoldaşından getmir. Belə insanlar heç övladları ilə birlikdə də qala bilmirlər. Lakin təkliyi sevməyən insanlar da var. “O olmasın, bu olsun” tamaşasında da deyildiyi kimi: “Sən dul, mən dul, gəl mənə bənd ol”. Bəzi insanlar tək qalmaqdan qorxur və sözün həqiqi mənasında, bundan bezir. Bunu çox normal qarşılayıram. Kim hansı yaşda evlənir, evlənsin.

Elə insanlar da var ki, hətta 9 dəfə evlənir. Həmin insanlar daim yeni nələrinsə axtarışında olurlar. Evlənirlər və boşandıqdan sonra da tək qala bilmədiklərini görürlər. İdeal insanı tapana qədər də dəfələrlə evlənənlər var. Bəzi insanlar da var ki, bir insanla evlənib boşanır, yenidən həmin insanla evlənirlər. Başa düşürlər ki, başqası ilə evlənməkdənsə, tanıdıqları biri ilə davam etmək daha asandır. Ona görə də eyni insanla yenidən evlənməyi üstün tuturlar”.

A.İsazadə bildirib ki, psixologiyada belə bir patoloji vəziyyət var ki, bəzi insanlar uzun müddət eyni adamla birlikdə yaşaya bilmir:

“Bəzən bu insanlar biri-biri ilə yaxınlaşdıqdan sonra sanki tərəflər bir-birini yandırır və uzaqlaşırlar. Məlumdur ki, cütlüklər arasındakı məsafə çox az olur. Sevən insanlar bir-birlərini öpüb qucaqlayırlar. Bundan tez bezən insanlara xroniki subaylar deyirik. Bu xüsusiyyət daha çox kişilərə xasdır. Qadınlar arasında isə çox az rast gəlinir. Belə insanlar bir müddət tək qalmaq istədiklərini düşünürlər. Zamanla isə başa düşürlər ki, həyatlarında biri olmalıdır, amma bu da daimi çəkmir. Bu hal isə patolojidir və bununla məşğul olmaq vacibdir.

20-21-ci əsrdə boşanmaq adi hal alıb. Bunu təəssüflə qeyd etməliyəm. Bəzən özümüz də tək qalmaq ehtiyacı duyuruq. Həmin hal bir neçə gün davam edirsə, bu, normal haldır. Lakin insan davamlı olaraq bayquş kimi tək qalmaq istəyirsə, normal deyil. Bu insanlar heç kəslə ünsiyyət qurmaq istəmir və özlərini cəmiyyətdən təcrid edirlər. Tək qalmaq istəmək normal haldır, lakin bunu həyat tərzimizə çevirmək normal deyil”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!