Tikinti aparmaq istəyənlərə   PİS XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Tikinti aparmaq istəyənlərə PİS XƏBƏR

Sosial

27 Noyabr 2026 23:56 56


Azərbaycanda tikintidə istifadə olunan taxtanın qiyməti artıb. Azərbaycan Qiymətləndiricilər Palatasının yaydığı məlumata görə, taxtanın bir kubmetrinin qiyməti oktyabr ayında əvvəlki ayla müqayisədə orta hesabla 5.3 faiz bahalaşıb. Ay ərzində tikinti materialları üzrə qeydə alınan ümumi qiymət artımının təxminən 46 faizi taxtanın payına düşüb.

"Yeni Sabah" Baku TV-yə istinadla xəbər verir ki, taxta satışı ilə məşğul olan sahibkarlar bahalaşmanı əsasən idxalla əlaqələndirirlər.

"Payız aylarında həmişə belə olur. Çünki baha qiymətə idxal olunur. Rusiyanın özündə də qiymətlər qalxıb. Qiymətlər yüksək olanda alıcılar gözləyirlər ki, ucuzlaşsın, sonra tikinti işlərini davam etdirsinlər", - deyə sahibkar Yadigar Abdulkərimov bildirib. Bakıda online alış-veriş

Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan taxtanın orta qiyməti 229 dollar təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.2 faiz çoxdur. Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızının sözlərinə görə, taxtanın bahalaşmasında əsas amil idxal olsa da, qiymət artımına digər faktorlar da təsir göstərir.

"İkinci amil logistika xərcləridir. Taxta ağır yük olduğu üçün onun uzaq məsafələrdən daşınması, nəqliyyat xərcləri bir kubmetrin maya dəyərini artırır. Üçüncü amil isə mövsümi tələbatdır. Payız-qış aylarında, mövsüm keçidi ərəfəsində tikinti şirkətlərinin işləri sürətləndirməsi və anbar ehtiyatlarını yeniləməsi taxtaya olan tələbatı yüksək saxlayır", - deyə Günay İsmayılqızı qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!