SON DƏQİQƏ! Ukrayna ATƏŞKƏS TƏKLİFİ - Rusiyadan   CAVAB GÖZLƏNİLİR

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Ukrayna ATƏŞKƏS TƏKLİFİ - Rusiyadan CAVAB GÖZLƏNİLİR

Dünya

27 Noyabr 2026 23:02 112


Ukrayna Qara dənizdə atəşkəsin əldə olunması ilə bağlı təkliflərini beynəlxalq tərəfdaşlarına təqdim edib və Rusiyanın cavabını gözləyir.

"Yeni Sabah" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Grain from Ukraine” adlı V Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Kiyev atəşkəsə hazırdır və Qara dənizdə gərginliyin azaldılması istiqamətində vasitəçilik səylərinə görə Hindistan, Türkiyə və Misirə təşəkkür edir. ShopByBro

Sibiqa qeyd edib ki, Rusiya Ukraynanın təkliflərinə hər dəfə əlavə şərtlərlə cavab verir. Bu dəfə Moskva razılaşmaya Rusiya neftinin ixracı məsələsini də daxil etməyi təklif edir.

Nazir bildirib ki, Ukrayna neft ixracı məsələsini daha geniş enerji atəşkəsi çərçivəsində müzakirə etməyə hazırdır. Lakin Qara dənizdəki atəşkəs yalnız kənd təsərrüfatı məhsullarının daşınmasına aid olmalıdır.

O, Qara dənizdə sərbəst gəmiçiliyin bərpası üçün Rusiyaya beynəlxalq təzyiqin artırılmasının vacibliyini vurğulayıb.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan da Rusiyanın uzunmüddətli sülh sazişi olmadan Ukrayna ilə Qara dənizdə müvəqqəti razılaşma əldə etmək istəmədiyini bildirib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!