Laçın rayonunun Güləbird kəndində kommunal infrastrukturun yaradılması işlərinə start verilir.
“Yeni Sabah” xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı müvafiq satınalma müsabiqəsinə yekun vurmağa hazırlaşır.
Layihə ümumilikdə 581 ailəlik yaşayış məntəqəsini əhatə edir. İlk mərhələdə 150 ailənin məskunlaşması nəzərdə tutulan ərazidə su təchizatı, kanalizasiya və qaz təchizatı şəbəkələrinin tikintisi həyata keçiriləcək. Elektronika məhsulları
İşlərin icrası üçün nəzərdə tutulan ehtimal olunan qiymət 1 milyon 744 min 161 manat təşkil edir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız