Azərbaycanda metanol istehsalı KƏSKİN AZALDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda metanol istehsalı KƏSKİN AZALDI

İqtisadiyyat

17 Oktyabr 2026 14:07 88


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton metanol (metil spirti) istehsal olunub.

Yeni Sabah xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,2 % azdır.

Oktyabrın 1-nə ölkədə 38,1 min ton hazır metanol məhsulu qalığı yaranıb. Dominos pizza

Qeyd edək ki, metanol Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal olunur. 2013-cü ildə istismara verilən zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir. Müəssisə 2017-ci ilin avqustunda şirkətin mülkiyyətinə keçib.

Zavod illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalda xammal kimi təbii qaz və duzsuzlaşdırılmış sudan istifadə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!