Ötən gün martın 5-6-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı. Məlum oldu ki, cəmi iki nəfər maksimum nəticə göstərib.
Ümumiyyətlə bir neçə il bundan öncəyə nəzər yetirsək, görərik ki, maksimum nəticə əldə edənlərin sayı kəskin azalıb.
Bu nə ilə bağlıdır? Abituriyentlərin nəticələri niyə zəifdir? Dördpendirli pizza
Təhsil eksperti Elçin Əfəndi Yenisabah.az-a açıqlamasında deyib ki, kurikulum sisteminə keçid abituriyentlərin imtahan nəticəsinə təsir edir:
“Buraxılış imtahanları 5-6, 12-13 mart tarixlərində keçirildi. Növbəti imtahan isə sabahdır. Sabah isə cari ilin məzunları üçün keçiriləcək.
Son 2-3 ildir ki, imtahanlar yeni formata keçib. Yəni kurikuluma. Bu sistemdə açıq tipli, yəni yazılı sualların olması, ümumi olaraq abituriyentlərin imtahan nəticələrinə təsir etdi”.
Ekspertin sözlərinə görə, son illər 700 bal toplayan abituriyentlərin sayı olduqca aşağı düşüb:
“2018-ci ildə 29 nfər 700 bal toplamışdı. Bu onu göstərirdi ki, test sistemi ilə işləmək qabiliyyəti abituriyentlərdə artıq formalaşıb. Onlar artıq bütün testlərin hiyləgərliklərini bilirdilər. Yüksək bal toplayanların sayı kəskin şəkildə çox idi. Bu da öz növbəsində keçid ballarının daha da yüksək olmasına gətirib çıxarırdı. Bəzən yüksək bal toplayan abituriyentlər istədikləri yerə belə qəbul ola bilmirdilər.
Lakin kurikuluma keçdikdən sonra biz onu müşahidə etdik ki, sırf açıq sualların olması ümumi imtahan nəticəsinə təsir etdi. Balların bir qədər də aşağı olması ilə nəticələndi”.
E.Əfəndi builki nəticələrin daha yaxşı olduğunu qeyd edib:
“Aşağı nəticədə pandemiyanın da təsiri var. Ali təhsil və orta ümumtəhsil müəssisələrinə ərizə verənlərin sayı təxminən 96 min nəfərə yaxındır. Bu da ümumi rəqabətin yüksək olmasının nəticəsidir. Biz nəticələri bir-iki nəfərlə ölçmürük. Builki nəticə hələ ki yaxşıdır. Bu rəqabətin daha çox olacağını göstərir. Ola bilsin ixtisaslar üzrə keçid balları artsın. Ümumi nəticələr açıqlansa, birinci mərhələnin nəticələrinin hansı vəziyyətdə olacağı aydınlaşacaq”.
Nəzrin Vahid
Telegram kanalımız