Trampdan İrana qarşı   yeni hücum siqnalı:  “Tezliklə...”

saytların hazırlanması

Evə çatdırılma

Trampdan İrana qarşı yeni hücum siqnalı: “Tezliklə...”

Dünya

19 May 2026 21:08 45


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, amerikalı hərbçilər İrana yenidən zərbə endirmək məcburiyyətində qala bilərlər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.

"Ola bilsin ki, onlara daha bir zərbə endirmək lazım gələcək. Mən buna əmin deyiləm. Siz bunu tezliklə öyrənəcəksiniz", - deyə Tramp Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında bildirib. pizza sifarişi

ABŞ lideri İranın nüvə silahına sahib olmamalı olduğunu bir daha vurğulayıb və Demokratlar Partiyasını danışıqlara mane olmaqda ittiham edib.

Prezident qeyd edib ki, bir gün əvvəl İrana yeni hücumla bağlı qərarı əməliyyata "bir neçə saat qalmış" ləğv edib. Bununla yanaşı, Tramp İranla diplomatik səylərin davam etdirilməsi üçün yalnız məhdud vaxt ayrıldığını deyib.

"Mən iki-üç gün deyərdim, bəlkə cümə, şənbə, bazar, bəlkə də gələn həftənin əvvəli. Bu, məhdud zaman kəsiyidir. Çünki biz İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik", - deyə o bildirib.

Trampın sözlərinə görə, İran cavab zərbələri endirmək üçün müəyyən qüvvələrini qoruyub saxlaya bilib.

"Onların hərbi imkanları məhv edilməyib, lakin ciddi şəkildə zəiflədilib", - deyə ABŞ prezidenti əlavə edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!