Antonio Konte mövsümün sonunda “Napoli”dən ayrılacaq

saytların hazırlanması

Evə çatdırılma

Antonio Konte mövsümün sonunda “Napoli”dən ayrılacaq

İdman

19 May 2026 20:54 42


İtaliyanın "Napoli" klubunun baş məşqçisi Antonio Konte mövsümün sonunda vəzifəsindən ayrılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

A Seriyasında mövsümün başa çatmasına bir tur qalmış "Napoli" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Neapol təmsilçisi çempionluq şansını itirsə də, UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib. pizza

56 yaşlı mütəxəssis 2024-cü ildən "Napoli"ni çalışdırır. Onun rəhbərliyi altında komanda İtaliya çempionu olub və Ölkə Superkubokunu qazanıb.

Antonio Konte daha əvvəl "Yuventus"la üç dəfə A Seriyasının qalibi olub. O, həmçinin "İnter"i bir dəfə ölkə çempionluğuna daşıyıb. İtaliyalı baş məşqçi İngiltərənin "Çelsi" klubu ilə Premyer Liqa və İngiltərə Kubokunun qalibi adını qazanıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!