ABŞ-nin Cənubi Amerika sahillərindəki gəmilərə endirdiyi hava zərbələri nəticəsində 200-dən çox insan ölüb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, söhbət ABŞ-nin Cənubi Amerika sularında narkotik qaçaqmalçılığı ilə əlaqəli şəxslərə qarşı apardığı kampaniyadan gedir. Kampaniya ərzində ümumilikdə 60 zərbə nəticəsində 202 nəfər həlak olub. pizza mizza
“Zərbələr sirr pərdəsinə bürünüb. Yalnız bir neçə cəsəd tapılıb və ABŞ Prezidenti Donald Tramp administrasiyasının gəmilərdə daşındığını iddia etdiyi qalıqlar və ya narkotiklər şəklində maddi sübutlar, demək olar, yoxdur”.
Həmçinin bildirilib ki, hüquqşünas dairələri zərbələri qeyri-qanuni hesab edir.
Telegram kanalımız