Kadırovun səfərində gözdən qaçan kadrlar   – Bakıdan nə istəyib?

saytların hazırlanması

Evə çatdırılma

Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?

Siyasət

15 Oktyabr 2026 22:06 251


Çeçenistan rəhbəri Ramzan Kadırovun Bakıya səfəri bəzi dairələrdə yenidən siyasi müzakirələrə yol açıb. Səfəri rəsmi Bakının Rusiyaya yaxınlaşması kimi təqdim etməyə çalışanlar da tapılıb.

Halbuki Kadırovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmasını hansısa siyasi xəttə üstünlük verilməsi kimi yozmaq nə dərəcədə doğrudur? Təxminən iki ildən sonra baş tutan bu görüşün arxasında hansı məqamlar dayanır? Kadırovun Bakı-Qroznı təyyarə qəzasından sonra Azərbaycanla münasibətlər fonunda Bakıya gəlməsi və mümkün üzrxahlıq məsələsi necə qiymətləndirilməlidir?

"Yeni Sabah" Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ramzan Kadırov Azərbaycana üçüncü dəfə səfər edir: pizza

“Onun müxtəlif illərdəki açıqlamaları bizim xoşumuza gəlmir. Bütün hallarda o, Azərbaycana səfər edib. Bu, olduqca diqqətçəkən və pozitiv səfərdir. O, mülki təyyarə ilə bağlı üzr istədi. Ən mühüm məqam isə Qarabağ zəfərinə görə Azərbaycan Prezidentini təbrik etməsidir.

Bu, onun Rusiyanın hansısa təlimatını yerinə yetirməsi demək deyil. Onsuz da ölkəmiz bütün qonşuları ilə yaxşı münasibətlərə malikdir. Rusiya ilə də münasibətlərimiz inkişaf edir. Lakin Rusiyadan asılı deyilik ki, hansısa tələbi yerinə yetirək.

Çeçenlər Azərbaycan üçün qardaş xalqdır. Şimali Qafqaz xalqları ilə münasibətlərimiz çox yaxşıdır. Bu səfəri məhz bu kontekstdə qiymətləndirməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!