ABŞ Cənubi Koreya ilə hərbi əməkdaşlığı genişləndirir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Cənubi Koreya ilə hərbi əməkdaşlığı genişləndirir

Dünya

31 Yanvar 2023 13:01 540


ABŞ-ın müdafiə naziri Lloyd Ostin Cənubi Koreyada həmkarı Li Conq-Sapla görüşüb. 

Yenisabah.az “Yonhap”a istinadla xəbər verir ki, Pentaqon rəhbəri koreyalı nazirlə bir sıra danışıqlar aparıb. 

O cümlədən tərəflər bu ildən birgə hərbi təlimlərin sayının artırılması və miqyasının genişləndirilməsi ilə bağlı razılığa gəliblər.  Marqarita pizza

Ostin ABŞ-ın KXDR-i cilovlamaq üçün öhdəliklərinə sadiqliyini ifadə edib və bunun nüvə imkanlarına aid olduğunu da diqqətə çatdırıb. 

Qeyd edək ki, ABŞ müdafiə naziri dünəndən Cənubi Koreyada səfərdədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!